AZ

Postmüharibə dövründə şəhid ailəsinin üzvü və müharibə iştirakçısı olan 29 min şəxs məşğulluq tədbirləri ilə əhatə edilib

Bakı, 28 yanvar, AZƏRTAC

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlətimizin başçısının tapşırıqları əsasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketinin əsas istiqamətlərindən biri də onların məşğulluğunun təmin edilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə bu kateqoriyalara aid olan 29 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 13,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər qurulub, 14,1 min şəxs isə münasib işlərlə təmin edilib.

Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından 1,4 min şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları da təşkil olunub.

Seçilən
25
5
azertag.az

6Mənbələr