AZ

“Qala Sığorta”nın əsas biznesi olan daşınmaz əmlak sığortasında geriləmə xalis mənfəəti aşağı salıb

2025-ci ildə “Qala Sığorta” ASC xalis mənfəəti 11.93 milyon manat təşkil edib ki, bu da ötən ilin 14.88 milyon manat göstəricisindən 2.95 milyon manat və ya 20% azalma deməkdir.

Banker.az xəbər verir ki, şirkətin ümumi gəlirləri 84.61 milyon manata çataraq illik müqayisədə 6.46 milyon manat artıb. Əsas əməliyyat gəlirləri isə 79.65 milyon manatla azalıb, investisiya gəlirləri və digər gəlirlər isə müvafiq olaraq 1 milyon və 1.84 milyon manat artıb.

Xərclər isə 69.7 milyon manat olub və keçən ilə nisbətən 9.8 milyon manat artıb. Əsas əməliyyat xərcləri 11.36 milyon manat artaraq 48.73 milyon manata çatıb, işlərin aparılması xərcləri isə 1.54 milyon manat azalıb. Bu dəyişikliklər nəticəsində maliyyə mənfəəti 14.91 milyon manat olub.

Sığorta portfelində əmlak sığortası üzrə gəlirlər 51.01 milyon manat olub, ötən ilə nisbətən kiçik azalma müşahidə edilsə də, ödənişlər 4.38 milyon manata yüksəlib.

Avtonəqliyyat vasitələrinin sığortasında isə gəlirlər 9.35 milyon manat, ödənişlər 3.46 milyon manat olub və zərərlilik dərəcəsi 71% təşkil edib.

Daşınmaz əmlak icbari sığortasında gəlirlər 29.20 milyon manat, ödənişlər isə 490 min manatdır. Mülki məsuliyyət sığortasında isə ödənişlər 19.33 milyon manata yüksələrək zərərlilik dərəcəsi 131.64%-ə çatıb.

Seçilən
18
banker.az

1Mənbələr