AZ

“Arash Estetik”də pozuntu aşkarlandı, klinika cərimələndi

Səhiyyə Nazirliyi “Arash Estetik” klinikasında plandankənar yoxlama aparıb.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin iştirakı ilə sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.

Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəyə göndərib.

Məhkəmənin qərarına əsasən, “Arash Estetik” klinikası 6 000 manat məbləğində cərimələnib.

Seçilən
56
11
bakivaxti.az

10Mənbələr