AZ

Məşhur aktrisanın qanından narkotik çıxdı

ain.az bildirir, Moderator.az portalına istinadən.

Türkiyədə tanımış şəxslərə qarşı keçirilən narkotik əməliyyatı davam edir. Daha üç məşhurun narkotik testinin cavabı məlum olub.

Moderator.az xəbər verir ki, narkotik testi müsbət çıxan tanınmışların arasında gənc və istedadlı aktrisa Çağla Boz da var. Onun qanında kokain aşkarlanıb.

Testin nəticəsi açıqlanandan sonra sənətçi bu mövzuda danışmaqdan imtina edib.

Qeyd edək ki, 26 yaşlı Çagla Boz "Sınır", "Kendi Düşen Ağlamaz", "Nehir", "Nokta" kimi sevilən serial və filmlərdə yaddaqalan obrazlar yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
moderator.az

3Mənbələr