AZ

İsrail strateji tərəfdaş olacaq!

İsrail rəhbərliyi ABŞ ilə mövcud hərbi əməkdaşlıq formatını köklü şəkildə dəyişdirəcək yeni strategiya üzərində çalışır. Məqsəd münasibətləri klassik yardım mexanizmindən çıxararaq strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqdır.

Məlumata görə, İsrail 2028-ci ildə başa çatacaq mövcud hərbi yardım sazişinin əvəzinə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Önce Amerika” doktrinası ilə uzlaşan yeni təhlükəsizlik paktı təklif edib. Bu çərçivədə Təl-Əviv illik nağd hərbi yardım paketindən mərhələli şəkildə imtina etməyə hazır olduğunu, əvəzində isə “ABŞ hərbi texnologiyalarına çıxış, birgə istehsal hüquqları və İsrailin keyfiyyətcə hərbi üstünlüyünün təmin olunması”nı tələb etdiyi bildirilir.

“Financial Times” qəzetinin yazdığına görə, İsrail bununla Vaşinqtonla münasibətlərini “asılılıq” modelindən çıxarıb, “strateji tərəfdaşlıq” müstəvisinə daşımağı hədəfləyir. Bu kontekstdə, Qəzza və Livandakı toqquşmalar zamanı sursat ehtiyatlarında çətinlik yaşayan İsrail gələcək böhranlarda ABŞ-dan tədarük gözləmək əvəzinə, kritik hərbi sursatların öz ərazisində istehsalını planlaşdırır.

Eyni zamanda İsrail regiondakı hərbi üstünlüyünün ABŞ tərəfindən ən yüksək səviyyədə zəmanət altına alınmasını tələb edir.

Seçilən
1
aznews.az

1Mənbələr