AZ

Çində Nipah virusuna qarşı potensial dərman hazırlandı

Bakı. Trend:

Çində hazırlanmış COVID-19-a qarşı preparat Nipah virusuna qarşımübarizədə də effektiv ola bilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə "South China MorningPost" qəzeti tədqiqat nəticələrinə əsasən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Uhan Virusologiya İnstitutununmütəxəssisləri əvvəlcə koronavirus infeksiyasının müalicəsi üçünyaradılmış "VV116" adlı antivirus preparatının Nipah virusunayoluxma zamanı nəzərəçarpacaq terapevtik təsir göstərdiyini müəyyənediblər. Sınaqlar qızılı hamsterlər (dağ siçanları) üzərindəaparılıb.

Tədqiqatçıların məlumatına görə, "VV116"nın ağızdan qəbululaboratoriya heyvanlarının sağqalma səviyyəsini 66,7%-ə yüksəldib,eyni zamanda infeksiyanın əsas hədəf orqanları hesab olunanağciyərlərdə, dalaqda və baş beyində virus yükünü əhəmiyyətlidərəcədə azaldıb.

Çinli virusoloqlar bildirirlər ki, əldə edilən nəticələr ilkdəfə olaraq preparatın Nipah virusuna qarşı terapevtik potensialınıtəsdiqləyir. Onların qiymətləndirməsinə əsasən, dərman həm yüksəkrisk qrupları - o cümlədən tibb işçiləri və laboratoriyaəməkdaşları üçün profilaktik vasitə kimi, həm də mövcud və mümküngələcək xəstəlik ocaqları zamanı əlçatan müalicə preparatı kimiistifadə oluna bilər

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr