AZ

Metroda sıxlığın qarşısını almaq üçün 11 müvəqqəti avtobus xətti yaradılacaq

Metro şəbəkəsində aparılan yenidənqurma və xəttlərin ayrılması dövründə sərnişin daşınmasının fasiləsiz təmin edilməsi məqsədilə alternativ avtobus marşrutları təşkil ediləcək.

“Əgər sərnişin axını düzgün tənzimlənməsə, metronun daxilində sıxlıq yaranacaq və qatarların hərəkət intervalını azaltmaq mümkün olmayacaq. Buna görə alternativ nəqliyyat həlləri tətbiq edirik”.

A.Rzayev deyib ki, aparılan hesablamalara əsasən, müəyyən sərnişin axınının müvəqqəti olaraq avtobuslarla daşınması planlaşdırılır:

“Bu məqsədlə 11 müvəqqəti avtobus xətti yaradılacaq. Bu marşrutlar əsasən "Nizami–28 May", eləcə də "Əcəmi–28 May" kimi intensiv istiqamətlər üzrə əlaqəni təmin edəcək. Metronun fəaliyyətində yarana biləcək məhdudiyyətləri avtobuslar kompensasiya edəcək”.

"Cebheinfo.az"

Seçilən
65
10
cebheinfo.az

10Mənbələr