AZ

Kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir İqtisadçı

ain.az bildirir, 525.az portalına istinadən.

“Banklar əhalidən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini yüksəldirlər. Bu isə banklar üçün vəsaitin maya dəyərinin artması deməkdir. Nəticədə banklar baha başa gələn vəsaiti kredit şəklində daha yüksək faizlə təqdim edirlər ki, bu da kredit faizlərinin artmasına səbəb olur”.

İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a söyləyib. O bildirib ki,  Mərkəzi Bank inflyasiya risklərinin hələ də tam aradan qalxdığını hesab etmədiyi üçün faiz dərəcələrini azaltmır. Bu şəraitdə kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir:

“Hesab edirəm ki, faiz dərəcələri bir müddət yüksək qalacaq”.

İqtisadçı vurğulayıb ki, təxminən üç il əvvəl başlanan sərtləşdirmə tədbirlərinin real nəticələri məhz indi daha aydın hiss olunur:

“Bu isə pul-kredit siyasətinin iqtisadiyyata təsirinin gecikmə ilə baş verdiyini bir daha sübut edir”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
2
525.az

10Mənbələr