AZ

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. 15 il ərzində “Araz” ölkənin aparıcı pərakəndə ticarət şəbəkələrindən birinə çevrilərək, geniş mağaza şəbəkəsi, minlərlə əməkdaşı və sosial məsuliyyətli fəaliyyəti ilə tanınıb.


Fəaliyyətə başladığı ilk gündən müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edən “Araz” supermarketlər şəbəkəsi bu gün ölkə üzrə 300-dən çox mağaza ilə müştərilərinə xidmət edir. Şəbəkənin 13 mindən artıq əməkdaşı müasir pərakəndə ticarət standartlarına uyğun fəaliyyət göstərməklə yanaşı, keyfiyyətli və əlçatan məhsulların istehlakçılara təqdim olunmasını təmin edir. “Araz” supermarketlər şəbəkəsi paytaxtla yanaşı regionları da əhatə edir, eyni zamanda işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən filialları ilə Böyük Qayıdış prosesinə töhfə verir.

“Araz” supermarketlər şəbəkəsinin inkişaf strategiyasında insan kapitalı mühüm yer tutur. Şirkət əməkdaşların peşəkar və şəxsi inkişafına yönəlmiş təlim proqramları, karyera imkanları və güclü korporativ dəyərlər sistemi vasitəsilə dayanıqlı inkişaf modelini formalaşdırıb.

15 illik fəaliyyəti dövründə “Araz” supermarketlər şəbəkəsi sosial məsuliyyət, təhsil, gənclərin inkişafı, ekologiya və milli dəyərlərin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirib. Şirkətin fəaliyyəti müxtəlif yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlarla qiymətləndirilib.

Yubiley ili çərçivəsində “Araz” supermarketlər şəbəkəsi korporativ inkişafının yeni mərhələsini simvolizə edən 15 illik yubiley loqosunu təqdim edib. Yeni loqo “Araz” brendinin formalaşmış dəyərlərini, 15 illik təcrübəsini və gələcəyə yönəlmiş inkişaf vizyonunu əks etdirir.

Seçilən
51
27
yenilik.az

10Mənbələr