Salyan rayonu ərazisində nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı VAZ və BMW markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində azı 2 nəfər xəsarət alıb. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.