ADY-dən Aktual.az-a verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:
- Yeni Suraxanı-Hövsan (4 stansiya)
- Bakıxanov-Binə-Qala (7 stansiya)
- Zabrat-Maştağa-Bağlar (7 stansiya)
Məlumata görə, hazırda Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır. Bundan əlavə, Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.