AZ

Fransanın Suriyada vasitəçilik səyləri puça çıxdı - Şara Makronun telefonunu açmadı…



Suriya prezidenti Əhməd Şaranın Fransa prezidenti Emmanuel Makronun telefon zənginə cavab vermədiyi və Makronun bundan çox qəzəbləndiyi iddia edilir.

Fransanın "Le Point" qəzeti yazıb ki, Makron Suriyadakı PKK/SDF liderlərindən Məzlum Əbdi ilə Əhməd Şara arasında vasitəçilik etməyə çalışıb, lakin onun bu səyləri puça çıxıb.

Məlumata görə, hadisə yanvarın 25-də Yelisey Sarayında baş verib. Makron Suriya prezidenti Şara ilə Məzlum Əbdi arasında telefon danışığı təşkil edib. Əbdi telefonda olsa da, Şara onun zənginə cavab verməyib. Makronun bundan çox qəzəbləndiyi və bunun "Şaranın Makrona meydan oxuması" kimi şərh edildiyi bildirilib.

TAHİR

Seçilən
2
baki-xeber.com

1Mənbələr