AZ

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub.

APA-nın yerli bürosu xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 20 ailə olmaqla, 77 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Elgün Gəncimsoy

***

06.27

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Növbəti Növbəti Növbəti
Seçilən
33
10
apa.az

10Mənbələr