"Mançester Yunayted"in kapitanı Bruno Fernandeşin klubdan ayrılacağı ilə bağlı şayiələr yayılmaqda davam edir.
QOL.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi klubun idarə olunmasından son dərəcə narazıdır. Bu haqda "The Touchline" məlumat yayıb.
Portuqaliyalı futbolçu gələcəyi ilə bağlı qərar verməzdən əvvəl daimi baş məşqçi təyin olunana qədər gözləyəcək. O, "Qırmızı şeytanlar"ın idarəetmə seçimlərindən razı qalmazsa, komandadan gedəcək.
Xatırladaq ki, hazırda Maykl Kerrik "Mançester Yunayted"də müvəqqəti baş məşqçi statusunda çalışır. Onun müqaviləsi yaya qədər nəzərdə tutulub.