AZ

İstanbulda 6 İran casusu HƏBS OLUNDU

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İranın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olan şəbəkəyə qarşı əməliyyat keçirib.

Bizim.Media istinadən xəbər verir ki, İstanbulda keçirilən əməliyyatla İrana casusluqda ittiham edilən 6 nəfər həbs edilib.

Bildirilib ki, Türkiyədə hərbi sənaye şirkətinin sahibləri Erhan Ergelen və Taner Özcan və bir nəfər iranlı da daxil olmaqla, 6 nəfər “siyasi və ya hərbi casusluq məqsədilə dövlət sirrinin əldə edilməsi” ittihamı ilə tutulublar.

Bizim.Media

Seçilən
46
8
bizim.media

10Mənbələr