AZ

Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb

Ankara, 28 yanvar, AZƏRTAC

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsi tərəfindən keçirilən birgə əməliyyat zamanı İran kəşfiyyat xidmətləri üçün siyasi və hərbi casusluqda şübhəli bilinən altı nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, saxlanılan şəxslər İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətləri ilə əlaqəli şəbəkənin bir hissəsi olduqları ehtimal edilir.

Şübhəlilərin Türkiyədə, o cümlədən xaricdə yerləşən hərbi bazalar və strateji əhəmiyyətli obyektlər haqqında məlumat topladıqları aşkar edilib.

Türkiyə mediası yazır: “Saxlanılan şəxslər Adanadakı “İncirlik” Hava Bazasının müşahidəsini təşkil edərək, toplanmış kəşfiyyat və logistika məlumatlarını İran kəşfiyyatına ötürüblər. Şübhəlilər, həmçinin Türkiyə üzərindən üçüncü ölkələrə pilotsuz uçuş aparatlarının ötürülməsini də izləyiblər”.

Əməliyyatlar eyni vaxtda Ankara, İstanbul, Van, Samsun və Yalovadakı ünvanlarda həyata keçirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
33
2
azertag.az

3Mənbələr