AZ

Masallıda əkin sahələrini su basdı

Masallının Xallıcallı kəndində əkin sahələrini su basıb. 

Bu barədə NOCOMMENT.az -ın Cənub bürosuna kənd sakini Gülağa Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, kənd ərazisinə Viləşçay vasitəsilə gələn qar suları əkin sahələrində toplanıb. Nəticədə onlarla hektar taxıl sahəsi su altında qalıb. Oxşar vəziyyət kəndin daxili ərazilərində də müşahidə olunur.

Bildirilib ki, çay suyu birbaşa fəsadlar yaratmasa da, yaşayış evlərinin yaxınlığında suyun toplanması həyətyanı sahələrə keçmə təhlükəsi yaradır.

Yerli sakinlərin sözlərinə görə, kənddə bir vaxtlar mövcud olmuş su anbarının təyinatının dəyişdirilərək əkin sahəsinə çevrilməsi mövcud çətinliklərə səbəb olub. Belə ki, su anbarı fəaliyyət göstərmədiyindən çay vasitəsilə gələn qar suları kənd ərazisində əkin sahələrini su altında qoyur.

Turab

Seçilən
49
1
nocomment.az

10Mənbələr