AZ

“Qızıl top” sahibi ərəblərin hədəfində

PSJ-nin hücumçusu Usman Dembele 2026-cı ilin yayında Səudiyyə Ərəbistanının Pro Liqasına keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.

Xəbərə görə, liqanın yüksək vəzifəli nümayəndələri artıq “Qızıl top” sahibi olan futbolçunun mümkün transferi ilə bağlı ilkin məsləhətləşmələr aparırlar.

Daha əvvəl mediada Dembele tərəfinin PSJ-nin müqavilənin uzadılması ilə bağlı ilk təklifini rədd etdiyi bildirilmişdi. Buna səbəb futbolçunu təklif olunan maaşın qane etməməsi olub. Paris klubu ona illik 30 milyon avrodan bir qədər çox əməkhaqqı təklif etsə də, fransız futbolçu bunun ikiqatını tələb edib.

Seçilən
22
publika.az

1Mənbələr