AZ

Deputat: Bəzi valideynlər uşaqları xarici dillərdə danışan dayələrə əmanət edirlər

"Qanunvericilikdə valideyn öhdəliklərində ana dilinin, Azərbaycan dilinin öyrədilməsinin vacibliyi mütləq şərt olaraq öz əksini tapmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev komitənin bugünkü iclasında “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bəzi valideynlər uşaqları xarici dillərdə danışan dayələrə əmanət edirlər:
“Nəticədə, uşaq ən yaxşı halda böyüdükdə azərbaycan dilini öyrənməyə başlayır.
Azərbaycan dilini bilməməyin hansı problemlərə səbəb olacağını, məncə, hamı bilir. Uşaqların formalaşmasında və tərbiyyəsində vacib rol oynayan dayə kimi çalışan şəxslərin Azərbaycan dilini bilməsi önəmlidir”.
Deputat vurğulayıb ki, süni intellektlə işləyən oyuncaqların dilinə də ciddi nəzarət tədbiq edilməlidir:
“BigiOne”, “Alisa”, “Miki3”, “Loona” və s. kimi oyuncaqlarda azərbaycan dili aktiv edilməlidir.
Həmçinin, uşaqların mavi ekrandan az istifadəsi ilə bağlı valideyn öhdəlikləri müəyyənləşdirilməlidir”.

Seçilən
69
2
teleqraf.com

3Mənbələr