ain.az bildirir, Konkret.az portalına istinadən.
ABŞ kəşfiyyat orqanları Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqesin Vaşinqtonun tələblərinə uyğun olaraq Rusiya, Çin və İrana bağlı əlaqələri kəsəcəyinə şübhə ilə yanaşır.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri Rodriqesin “düşmən dövlətlərlə əlaqələri rəsmi şəkildə kəsərək” administrasiya ilə əməkdaşlıq edib-etməyəcəyindən əmin deyillər. Vaşinqtonun gözləntisi onun yaxın müttəfiqləri olan İrandan, Çindən və Rusiyadan gələn diplomat və müşavirləri Venesueladan çıxarmasıdır.
Agentlik mənbələrinin bildirdiyinə görə, kəşfiyyat hesabatlarından aydın deyil ki, Rodriqes ABŞ-ın strategiyasını ölkəsində tam şəkildə dəstəkləyirmi.
Həmçinin, Vaşinqton administrasiyasından olan anonim mənbə bildirib ki, Prezident Donald Tramp hələ də Venesuela hakimiyyətinə təsir imkanlarını maksimum dərəcədə istifadə edir və əməkdaşlığın davam etməsini gözləyir. Hazırda ABŞ üçün Rodriqes ilə əməkdaşlıqdan alternativ görünmür.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.