AZ

Qəza anında niyə ağrı hiss edilmir? Həkimdən AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Qəza anında insan orqanizmində xüsusi hormonal balans yaranır. Bu zaman əsasən adrenalin kimi hormonlar sürətlə ifraz olunur və orqanizmə təsir edərək ağrı hissini müvəqqəti olaraq azaldır, bədənin ümumi vəziyyətini stabilləşdirməyə çalışır. Adrenalinin təsiri altında insan həmin anda ağrını ya ümumiyyətlə hiss etmir, ya da çox zəif hiss edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov vurğuladı.

Onun sözlərinə görə, müəyyən vaxt keçdikdən sonra travma alan nahiyələrdə şişkinlik, toxumalarda ödem və ya sümük ətrafında şişmə artmağa başlayır:

"Məhz bu dəyişikliklər nəticəsində ağrılar tədricən özünü göstərir. Bu səbəbdən də bir çox insanlar qəzanın ilk anlarında ağrı hiss etməsələr də, bir müddət sonra ağrıların artdığını müşahidə edirlər".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
redaktor.az

2Mənbələr