AZ

“Avtomobil qəzalarında ən çox zədələnən nahiyə boyundur” Baş həkim

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Avtonəqliyyat vasitələrinin sürətinin artması, eyni zamanda əhali sıxlığının çoxalması yol-nəqliyyat hadisələrinin və bu qəzalar nəticəsində yaranan travmaların sayını əhəmiyyətli dərəcədə artırır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov bildirdi.

Onun sözlərinə görə, avtomobil qəzalarında ən çox rast gəlinən bədən xəsarətləri boyun nahiyəsi ilə bağlıdır:

"Xüsusilə qəfil tormozlama zamanı başın önə və arxaya doğru kəskin hərəkəti boyun əzələlərinin gərilməsinə, yüngül travmalardan tutmuş daha ağır boyun zədələnmələrinə qədər müxtəlif problemlərə səbəb ola bilir. Statistik məlumatlara görə, yol-qəza hadisələrində qeydə alınan travmaların təxminən 30-40 faizi məhz boyun travmalarının payına düşür. Bundan sonra ən çox rastlanan zədələnmə baş-beyin travmalarıdır. Sürət həddinin aşılması zamanı başın ön şüşəyə və ya avtomobilin digər hissələrinə dəyməsi, eləcə də güclü silkələnmə nəticəsində beyin sarsıntısından ağır kəllə-beyin travmalarına qədər müxtəlif xəsarətlər yarana bilər".

Həkim əlavə etdi ki, döş qəfəsinin əzilməsi, aşağı ətrafların avtomobilin ön hissəsinə toxunması nəticəsində diz və çanaq nahiyəsi travmaları müşahidə olunur.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
redaktor.az

2Mənbələr