Filippinin Mindanao adasında 5,9 maqnitudalı zəlzələ baş verib.
Ekologiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Mindanao adası ərazisində yerləşib. Hadisə nəticəsində ölənlər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Zəlzələ ilə bağlı vəziyyətin nəzarətdə olduğu bildirilir.