AZ

Qırğızıstan AİB-nin Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı…



Qırğızıstan Rusiyanın qırğız miqrant işçilərinin ailə üzvlərinə məcburi tibbi sığorta polisi verməkdən imtina bildirərək Avrasiya İqtisadi Birliyi (AİB) Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. İddia ərizəsi ölkənin Əmək, Səhiyyə, Qadınlar və Sosial Məsələlər Komitəsinin iclasında elan edilib.

Rusiya və Qırğızıstan arasında AİB-ə üzv olan bütün dövlətləri əhatə edən sosial təminat müqaviləsi var. Qırğızıstan 2015-ci ilin avqust ayında Birliyin tamhüquqlu üzvü olub. Bişkek hökuməti Rusiyada işləyən vətəndaşlarının ailə üzvləri üçün pulsuz tibbi sığorta hüququnu məhkəmə yolu ilə təmin etməyi hədəfləyir.

Qırğızıstan İcbari Tibbi Sığorta Fondunun rəhbəri Əzəmət Mukanov bildirib ki, Rusiya tərəfi miqrant işçilərin ailə üzvlərinə məcburi tibbi sığorta verməkdən imtina etməklə bu müqavilənin 96-97-ci maddələrini pozur. Onun sözlərinə görə, məsələ ilə bağlı məhkəmə qərar iki həftə ərzində veriləcək.

Rusiya tərəfi isə iddia edir ki, icbari tibbi sığorta polisi hüququ AİB-də işləyən vətəndaşlara verilir, lakin onların ailə üzvləri Rusiyada müvəqqəti və ya daimi yaşayış icazəsinə malik olmadıqları təqdirdə ayrıca kateqoriya kimi göstərilmir. Buna görə də, bu şəxslər icbari tibbi sığorta ilə təmin olunmurlar.

TAHİR

Seçilən
15
baki-xeber.com

1Mənbələr