AZ

Ələkbərzadə işdən çıxdı: Mehriban Xanlarova teatra qayıdır?

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib. Bir müddət əvvəl Ələkbərzadə ilə Əməkdar artist Mehriban Xanlarova arasında münaqişə yaranmışdı, ardınca Xanlarova ərizə ilə teatrdan ayrılmışdı.

Mehriban Ələkbərzadənin rəhbərlik postundan gedişi Xanlarovanın teatra qayıtması üçün fürsət ola bilərmi?

Globalinfo.az-a danışan Əməkdar artist Mehriban Xanlarova hazırda teatra qayıdıb-qayıtmayacağı barədə dəqiq bir söz deyə bilməyəcəyini bildirib.

"Yəqin ki, yaxın zamanda hər şey bilinəcək. Tək mən yox, ətrafımda olan 4-5 nəfər də haqqımızı tələb edirdik. Hər kəs bilir ki, bu məsələni gündəmə gətirən ilk mən olmuşam. Haqqımın, söz azadlığımın əlimdən alınmaması üçün ərizəmi yazıb işdən ayrıldım. Görünür, baş verənləri dövlət qurumları görüb və Mehriban Ələkbərzadəni vəzifədən uzaqlaşdırıblar. Bu qədər haqsızlığın qarşısında hara qədər susmaq olardı? Biz dəli deyilik, psixoloji problemimiz yoxdur. Ya da əyyaş və narkoman deyiləm ki, kiməsə şər atım, haqqına girib yalan danışım".

Əməkdar artist həmçinin vurğulayıb ki, işdən ayrılmış bir şəxs haqda danışmaq etik deyil:

"Vaxtilə sözümü birbaşa özünə demişdim. Şükür ki, haqq öz yerini tutdu, aidiyyəti qurumlar addım atdı. Həm bütün media əməkdaşlarına, həm də məni dəstəkləyən tamaşaçılarıma təşəkkür edirəm. İşə qayıdıb-qayıtmayacağım isə yaxın vaxtlarda bilinəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
2
olaylar.az

3Mənbələr