AZ

Kiyev hakimiyyət dəyişikliyində maraqlıdır -Viktor Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna hakimiyyətinin şəxsən ona və ölkə hökumətinin digər üzvlərinə qarşı hədələr səsləndirdiyini bildirib.

Redaktor.az xəbər verir ki, onun sözlərini "TASS" yayıb.

Orbanın sözlərinə görə, söhbət bütövlükdə Macarıstan dövlətinə deyil, əsasən hökumət üzvlərinə və şəxsən onun özünə yönəlmiş təzyiqlərdən gedir. Baş nazir qeyd edib ki, Ukrayna tərəfindən gələn bu hədələr Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkilərinədək “gündəlik həyatın bir hissəsinə” çevrilə bilər.

Macarıstan hökumətinin rəhbəri hesab edir ki, Kiyev ölkədə hakimiyyət dəyişikliyində maraqlıdır. Onun fikrincə, bunun əsas səbəbi Budapeştin Ukraynaya maliyyə dəstəyi göstərmək niyyətində olmaması və bu ölkənin Avropa İttifaqına üzvlüyünü istisna etməsidir.

Aytəkin TOFİQQIZI

Seçilən
14
1
redaktor.az

2Mənbələr