
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Almaniyada yeni futbol liqası yaratmaq planları üzərində işləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Klopp oyunçuların Bundesliqaya yüksəlməzdən əvvəl mühüm təcrübə qazanmaları üçün U21 liqası yaratmaq niyyətindədir.
O, bu təşəbbüs üzərində Markus Kröşe, Sami Xedira, Andreas Rettiq və Mark Lenslə birlikdə işləyir.
Yeni liqa ideyasının gənc istedadların əsas komandalara daxil olmasının çətinliyi ilə bağlı artan şübhələrdən irəli gəldiyi deyilir.
Təşkilatçılar iddia edirlər ki, mövcud sistemin çatışmazlıqlarına bir sıra amillər daxildir. Bunlardan biri Avropanın ən məhsuldar 100 akademiyası arasında Almaniyanın yalnız doqquz akademiyasının mövcud olmasıdır. Digər tərəfdən, Bundesliqa Avropanın ən yaxşı beş liqası arasında öz sistemində yetişən oyunçuların sayına görə, ən son yerləri tutur. Həmçinin, Bundesliqada oyun vaxtının 85%-i Almaniya akademiyalarında yetişməmiş oyunçulara verilir.