AZ

Qəzalar zamanı ən çox rast gəlinən xəsarətlər

“Avtonəqliyyat vasitələrinin sürətinin yüksəlməsi və əhali sıxlığının artması yol-nəqliyyat hadisələrinin, eləcə də bu qəzalar nəticəsində baş verən travmaların sayının əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorun müavini - baş həkim Nizami Məmmədov deyib.

O bildirib ki, xüsusilə qəfil tormozlama zamanı başın önə və arxaya doğru kəskin hərəkəti boyun əzələlərinin həddindən artıq gərilməsinə səbəb olur:

“Bu yüngül travmalardan daha ağır boyun zədələnmələrinə qədər müxtəlif fəsadlar yarada bilər. Statistik göstəricilərə əsasən, yol-nəqliyyat hadisələri zamanı qeydə alınan xəsarətlərin təxminən 30–40 % boyun travmalarının payına düşür.

Boyun zədələnmələrindən sonra ən çox rast gəlinən xəsarətlər isə baş-beyin travmalarıdır. Sürət həddinin aşılması hallarında başın ön şüşəyə və ya avtomobilin digər hissələrinə dəyməsi, eləcə də güclü silkələnmə nəticəsində beyin sarsıntısından ağır kəllə-beyin travmalarına qədər müxtəlif zədələnmələr baş verə bilər".

Seçilən
55
cebheinfo.az

1Mənbələr