AZ

Kəlbəcərdə kvadratı 1700 manata mənzillər satılır

Kəlbəcər şəhərində satış məqsədilə yeni çoxmərtəbəli binaların inşasına başlanıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, mənzillər artıq satışa da çıxarılıb.

Kompleksin daxilində 6 yaşayış binası və ümumilikdə 9 blok mövcud olacaq.

Qiymətlərə gəldikdə isə təmirsiz mənzilin 1 kvadrat metri 1700 manata satılır. Təmirli mənzilin 1 kvadrat metri 2100, divarları ağardılmış (white box) isə 1800 manatdır.

Ayxan
Milli.Az

Seçilən
16
1
milli.az

2Mənbələr