AZ

Vətəndaşların NƏZƏRİNƏ: Borca görə qaz, işıq və suyunuzu kəsirlərsə, mütləq bu addımı atın…

“Kommunal borclara görə işığın və qazın kəsilməsi məsələsi xidmət müqavilələr əsasında tənzimlənir”.

Bu fikiri KONKRET.az-a açıqlamasında vəkil Toğrul Məmmədov səsləndib:

Onun sözlərinə görə, vətəndaş aldığı kommunal xidmətlərin ödənişini vaxtında etməlidir. Əgər borc yaranarsa, xidməti göstərən müvafiq müəssisə işıq, qaz və suyun verilişini dayandıra bilər:

“Bu hal xidmət müqaviləsinə əsaslanır. Şəxs ödəniş etmədikdə kommunal müəssisə xidməti müvəqqəti dayandırmaq hüququna malikdir. Belə vəziyyətdə vətəndaşın şikayətinin təmin olunma ehtimalı çox aşağıdır.”

Fotoğraf

Vəkil qeyd edib ki, məsələ Mənzil-Tikinti Kooperativləri (MTK) ilə bağlı olduqda isə vəziyyət tam fərqlidir. MTK-ların vətəndaşların işığını, qazını və ya digər kommunal xidmətlərini dayandırmaq səlahiyyəti yoxdur:

“MTK tərəfindən kommunal xidmətlərin kəsilməsi tam qanunsuzdur. Bu hüquq yalnız xidməti göstərən rəsmi qurumlara məxsusdur. MTK-ların digər borcları əsas gətirərək kommunal xidmətləri dayandırması yolverilməzdir. Bəzi hallarda sayğacların MTK-nın adına rəsmiləşdirilməsi problemlərə səbəb olur. Bu isə vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır”.

Vəkilin sözlərinə görə, MTK-lar tərəfindən ən çox rast gəlinən hallardan biri də liftlərin fəaliyyətinin dayandırılmasıdır ki, bu da qanunsuz hesab olunur. Belə hallarda vətəndaş məhkəməyə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

Ümumilikdə isə vəkil vurğulayıb ki, kommunal xidmət borca görə rəsmi qurum tərəfindən dayandırılıbsa, vətəndaşın buna qarşı ciddi hüquqi imkanları məhduddur:

“Kommunal xidmətlər müqavilə əsasında göstərilir. Müqavilə şərtlərinə baxmaq lazımdır. Əgər xidmətin dayandırılması müqavilə şərtlərini pozursa, bu halda vətəndaş məhkəməyə müraciət edərək kommunal müəssisənin öhdəliklərini yerinə yetirməsini tələb edə bilər.”

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
1
1
konkret.az

2Mənbələr