Bakı, 28 yanvar, Aysel Azadqızı, AZƏRTAC
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın siyahısında 33 ölkəni təmsil edən 231 universitet və ümumilikdə 4121 təhsil proqramı yer alır.
Bunu AZƏRTAC-a müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
O bildirib ki, proqram iştirakçıları əsasən Böyük Britaniya, ABŞ, Türkiyə, Almaniya, Avstraliya, Çin və digər inkişaf etmiş ölkələrin qabaqcıl universitetlərində təhsil alırlar.