Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşüb.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ceyhun Bayramovun səfəri Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının güclü impulsunu, siyasi dialoq və əməkdaşlığın dərinləşdirilməsinə ortaq öhdəliyi əks etdirir.