Bakı, 28 yanvar, AZƏRTAC
“Times Higher Education World University Rankings by Subject” 2026-nın ardınca bu gün “QS World University Rankings (WUR): Europe 2026”-nın nəticələri açıqlanıb. Keçən illə müqayisədə bu reytinqdə iştirakçı universitetlərin sayı artaraq 958-ə çatıb. “QS Europe 2026”da Azərbaycandan 6-sı ilk dəfə olmaqla, 15 universitet qiymətləndirilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
UNEC bu reytinqdə də Azərbaycanda və Cənubi Qafqazda birinci olub. Eləcə də, öz mövqeyini yaxşılaşdıran UNEC Avropanın “TOP 300” universitetləri sırasına daxil olmaqla, Avropada 271-ci, Qərbi Asiyada isə 12-ci yerə yüksəlib.