AZ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

Doğru.az xəbər verir ki, meteoroloji proqnozlara əsasən bu gün ölkənin bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə isə qar yağacağı gözlənilir. Qeyd olunan əlverişsiz hava şəraiti yollarda sürüşmə ehtimalını artıraraq hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Baş DYP sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırır. Bildirilir ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər və təhlükəli ötmə əməliyyatları yolverilməzdir.

Eyni zamanda avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchiz olunmasına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməsi tövsiyə olunur.

Qeyd edilib ki, hava şəraitindən asılı olmayaraq, yol hərəkəti təhlükəsizliyi hər bir yol iştirakçısının birbaşa məsuliyyətidir.

DOĞRU.AZ

Seçilən
66
29
dogru.az

10Mənbələr