AZ

Dövlət Proqramına qəbul üçün əsas meyarlar hansılardır?

Bakı, 28 yanvar, Aysel Azadqızı, AZƏRTAC

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na müraciət prosesi müvafiq seçim qaydalarına uyğun şəkildə tənzimlənir. Əsas meyarlar sırasında 2026/2027-ci tədris ili üzrə təhsil üçün prioritet ixtisas sahələrinə uyğun olaraq müəyyən edilmiş proqramlar çərçivəsində Dövlət Proqramının siyahısında yer alan nüfuzlu xarici ali təhsil müəssisələri və ixtisaslar üzrə qəbul sənədinin təqdim edilməsi mühüm şərt hesab olunur.

Bunu AZƏRTAC-a müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

O bildirib ki, proqrama müraciət zamanı tədris dilini CEFR üzrə minimum C1 səviyyəsində bildiyini təsdiq edən beynəlxalq dil sertifikatının təqdim edilməsi tələb edilir.

“Eyni zamanda, müvafiq seçim qaydalarına əsasən hər bir təhsil səviyyəsi üzrə əlavə tələb olunan sənədlər də mövcuddur. Belə ki, bakalavriat səviyyəsi üzrə müraciət edən namizədlər üçün Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri olmadığı hallarda beynəlxalq SAT və ya ACT imtahan nəticələri əsas götürülür. Magistratura səviyyəsi üzrə müraciətlər zamanı isə Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin minimum 81 bal olması əsas tələblərdən biridir”, - deyə Turan Topalova qeyd edib.

Seçilən
25
1
azertag.az

2Mənbələr