AZ

Danışacaq heç nə yoxdur: Papuaşvili Sanduya sərt CAVAB VERDİ

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Moldova prezidentinə sərt cavab verib.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

“Nədənsə, Sandu gürcü xalqına bu cür tonda müraciət etmək üçün müəyyən mənəvi, siyasi və ya ideoloji üstünlüyə malik olduğuna inanır. Maya Sandu öz dövlətinin dağılmasını dəstəkləyən biridir. Buna görə də dövlət dəyərləri baxımından danışacaq heç nə yoxdur”, - Papuaşvili qeyd edib.

Xatırladaq ki, bir gün əvvəl Avropa Şurası Parlament Assambleyasında çıxış edən Moldova prezidenti Sandu bildirib ki, Rusiya müharibə qorxusundan silah kimi istifadə edərək Gürcüstanı öz təsir orbitinə qaytarıb.

Seçilən
6
publika.az

1Mənbələr