AZ

Dümfrisin sıraya nə vaxt dönəcəyi bilindi

"İnter"in zədəli cinah müdafiəçisi Denzel Dümfrisin sıraya nə vaxt dönəcəyi bəlli olub.

Fanat.Az-ın "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Niderland millisinin üzvü iki həftə sonra kollektiv məşqlərə başlayacaq.

Bu isə o demədir ki, 28 yaşlı oyunçu fevralın 22-də "Leççe" ilə matçda meydana çıxa biləcək.

Qeyd edək ki, Dümfris cari mövsüm 15 matçda meydana çıxaraq 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Seçilən
41
fanat.az

1Mənbələr