2025-ci il ərzində banklar 1 milyard 161,6 milyon manat xalis mənfəət, 1 milyard 862 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Ötən ilin yanvar – dekabr aylarında banklar tərəfindən ümumilikdə 316,8 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Marja.az bu barədə Mərkəzi Bankın "Statistik bülleten Dekabr - 2025" buraxılışına istinadən xəbər verir.
2024-cü il ərzində banklar 1 milyard 44,3 milyon manat xalis mənfəət, 1 milyard 663,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər.
Beləliklə, 2025-ci ildə bank sektorunda xalis mənfəət 117,3 milyon manat və ya 11,2% artıb.