AZ

Baş Prokurorluq 953 qərarı ləğv etdi – RƏSMİ

Ötən il Baş Prokurorluq 953 qərarı əsassız olduğu üçün ləğv edib.

NOCOMMENT.az-ın məlumatına görə, bunu baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluqda ötən ilin yekunlarına dair kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, hesabat dövründə prokurorluq orqanları tərəfindən 1 389 apellyasiya və 406 kassasiya protestləri verilib:

“766 apellyasiya protesti və 74 kassasiya protestləri təmin edilməklə yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin olunub.

Cari il ərzində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 953 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub”.

Seçilən
75
5
nocomment.az

8Mənbələr