ABŞ-ın Viskonsin ştatında yerləşən "Minocqua Brewing Company" pivə zavodu sosial media hesabında Donald Trampın ölüm günü pulsuz pivə hədiyyəsi elanı verib.
Turkustan.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Paylaşımda şirkət Tramp öləndə bütün günü pulsuz pivə vəd edib. Kampaniyanın müəssisənin məşhur barlarından birində keçiriləcəyi bildirilirib.
Pivə zavodunun sahibi Kirk Benqstad xəbəri təsdiqləyib. O, bu münasibətlə tədbirdə iştirak etmək istəyən hər kəsi salamlayacağını, lakin Tramp tərəfdarlarını simvolizə edən qırmızı və ağ papaqların taxılmasının qadağan olunacağını bildirib.
Qeyd edək ki, paylaşımın özündə prezidentin adı birbaşa çəkilməsə də, nəşr qeyd edib ki, kontekst buna heç bir şübhə yaratmır. Şirkət şərhlərə cavab olaraq yüksək vəzifəli bir şəxsə istinad etdiyinə işarə edib./publika.az