AZ

“Samsung” 1 milyon ədəd qatlanan telefon buraxacaq


“Samsung” rekord sayda - 1 milyon ədəd qatlanan “Galaxy Wide Fold” smartfonunu satışa çıxarmağı planlaşdırır.
Yeniavaz.com
“ETNews” portalına istinadla xəbər verir ki, bu barədə insayder “ICe Universe” “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, ilk partiya “Samsung” modelləri üçün son üç ildə ən böyük partiya olacaq.
“Galaxy Wide Fold” daha çox “kitab” formasında buraxılacaq.
Telefon açıldıqda cihaz 4:3 nisbətinə malik 7,6 düymlük OLED ekrana malik olacaq. Xarici ekran isə 5,4 düym ölçüdə təqdim ediləcək.
Smartfon soldan sağa qatlanacaq.
Mütəxəssislər, “Wide Fold”un ortaya çıxmasını oxşar formaya malik “iPhone Fold”la rəqabətlə əlaqələndirirlər.
Seçilən
55
1
yeniavaz.com

2Mənbələr