AZ

Ukrayna hökuməti Orbanı təhdid edir SƏBƏB

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, həm özü, həm də kabinetin digər üzvləri Ukrayna hakimiyyətindən birbaşa təhdidlər alırlar.Bizim.Media xəbər verir ki, Orban bu barədə M1 kanalında yayımlanan videomüraciətində deyib:"Ukrayna hökuməti bizə təhdid edir. Ölkəyə yox, əsasən hökumət üzvlərinə və mənə şəxsən."Baş nazir əlavə edib ki, gün Ukraynadan yeni təhdidlərlə başlayıb və onun fikrincə, bu vəziyyət 12 aprel tarixində keçiriləcək parlament seçkilərinə qədər gündəlik həyatın bir hissəsi olacaq.

 

Orban qeyd edib ki, Kiev Macarıstanda hakimiyyət dəyişikliyi ilə maraqlanır, çünki indiki hökumət Ukraynanın Avropa İttifaqına daxil olmasına imkan verməyəcək və maliyyə dəstəyi göstərməyəcək.

Əvvəlcə Orban bildirmişdi ki, Ukrayna rəhbərliyi Macarıstana qarşı hücumlarda və daxili işlərinə müdaxilədə sərhədi aşıb.O həmçinin vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər münaqişə vəziyyətindədir.27 yanvar tarixində Orbanın göstərişi ilə Macarıstan Xarici İşlər Nazirliyi Budapeştdə Ukrayna səfirini çağıraraq, Ukraynanın Macarıstanın daxili işlərinə, o cümlədən yaxınlaşan parlament seçkilərinə müdaxiləsinə etirazını bildirmişdi.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

2Mənbələr