AZ

Maşınını satmaq istədi Alıcıya cibindən pul verdi TƏFƏRRÜAT FOTO/VİDEO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

İstanbulda bir avtosalon sahibi korporativ saytdan aldığı 2016-cı ilin avtomobilin təhlükəsizlik yastıqlarının (airbag) 2019-cu ilə aid olduğunu aşkar edib. Hadisə avtomobil satılmaq üçün ekspertizaya təqdim edilərkən üzə çıxıb.Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.Şəhər xaricindən gələn alıcıya 10 min TL yol xərci və 10 min TL ekspertiza haqqı ödəyən satıcı avtomobilin 100–150 min TL dəyər itirdiyini və ziyana düşdüyünü bildirib.

 

Xatırladaq ki, Avcılarda avtosalon işlədən Erhan Kızılduman 2016-cı ilin avtomobilini alıb. Lakin ekspertiza zamanı avtomobilin təhlükəsizlik yastıqlarının 2019-cu ilə aid olduğu müəyyən edilib və müştəri avtomobili almaqdan imtina edib.

Kızılduman alıcının zərərini ödəmək üçün 10 min TL yol xərci və 10 min TL ekspertiza haqqı olmaqla ümumilikdə 20 min TL verib. O bildirib ki, avtomobil qüsurlu hesab olunduğu üçün əlavə olaraq 100–150 min TL dəyər itkisi də yaranıb və bu səbəbdən məhkəməyə müraciət edəcək.Yaşadığı hadisəni danışan Erhan Kızılduman deyib:“Tanınmış və etibarlı bir şirkətdən hərrac yolu ilə avtomobil aldım. Satın alarkən yalnız bir neçə kosmetik qüsur olduğunu gördüm. Avtomobili satışa çıxardım, 20 gün sonra bir müştəri gəldi və ekspertizaya getdik. Orada məlum oldu ki, avtomobil 2016-cı il olsa da, airbaglar 2019-cu ilə aiddir və dəyişdirilib. Bu səbəbdən alıcı haqlı olaraq alışdan imtina edib. İlk mərhələdə 20 min TL xərcim çıxdı, üstəlik avtomobilin dəyəri 100–150 min TL azaldı.”Ekspert ustası Şaban Çınar bildirib ki, avtomobil yoxlanılarkən sükan və sərnişin tərəfdəki airbagların sonradan dəyişdirildiyi müəyyən olunub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
2
bizim.media

3Mənbələr