AZ

63 yaşlı kişi traktoru nakotikin təsiri altında sürdü, həbs edildi

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Saatlı rayonunda traktoru narkotik vasitənin təsiri altında idarə edən 63 yaşlı sürücü həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü E.R. "Belarus MTZ-80" markalı traktoru idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında sürdüyü müəyyən edilib. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən E.R. son 2–3 gün ərzində narkotik vasitə qəbul etdiyini bildirib.

Məhkəmənin qərarına əsasən, o, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
qaynarinfo.az

2Mənbələr