AZ

“Müəssisə parkın sənaye ekosistemini gücləndirəcək, investorlar üçün cəlbediciliyi artıracaq” DEPUTAT DANIŞDI

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Prezident İlham Əliyevin Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyması Azərbaycanın sənaye inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.

Onun sözlərinə görə ,bu addım ölkədə qeyri-neft sektorunun genişləndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərir:

” Xüsusilə neft-kimya məhsullarının yerli xammal əsasında istehsalı daxili sənaye zəncirinin möhkəmlənməsinə xidmət edir.

Yeni müəssisə Azərbaycanın neft-kimya sənayesində əlavə dəyər yaradan istehsal sahələrinin artmasına imkan verəcək. Polipropilen və laminatlı kisələr kənd təsərrüfatı, kimya, tikinti və logistika kimi bir çox sahələrdə geniş istifadə olunur. Bu məhsulların ölkə daxilində istehsalı idxaldan asılılığı azaldacaq, valyuta axınının qarşısını alacaq və daxili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsini təmin edəcək.

Layihənin həyata keçirilməsi eyni zamanda ixrac potensialının artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Yüksək keyfiyyətli polipropilen və qablaşdırma məhsulları region ölkələri və beynəlxalq bazarlar üçün rəqabətqabiliyyətli məhsullar hesab olunur. Bu isə Azərbaycanın sənaye məhsulları ixracının coğrafiyasının genişlənməsinə və ölkənin beynəlxalq ticarətdə mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

Müəssisənin Sumqayıt Sənaye Parkında yerləşməsi təsadüfi deyil. Bu park artıq müasir infrastruktur, vergi və gömrük güzəştləri, logistika imkanları ilə sənaye investisiyaları üçün əlverişli mühit formalaşdırıb. Yeni istehsal müəssisəsi parkın sənaye ekosistemini daha da gücləndirərək yerli və xarici investorlar üçün cəlbediciliyini artıracaq.

Sosial baxımdan layihə yeni iş yerlərinin yaradılmasına və regionda məşğulluğun artırılmasına xidmət edəcək. Xüsusilə ixtisaslı kadrların sənaye sahəsinə cəlb olunması insan kapitalının inkişafına, gənclərin istehsal və texnologiya sahələrində peşə bacarıqlarının formalaşmasına müsbət təsir göstərəcək.

Polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlinin qoyulması təkcə bir sənaye layihəsi deyil, eyni zamanda Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu layihə sənaye potensialının artırılması, ixracın genişləndirilməsi, məşğulluğun yüksəldilməsi və ölkənin dayanıqlı iqtisadi modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
sia.az

2Mənbələr