AZ

Ceyhun Bayramov: Azərbaycan və Çin strateji tərəfdaşlığın dərinləşdirilməsini qətiyyətlə davam etdirir

ain.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir.

SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov özünün "X" sosial media hesabında yazıb.

Nazir qeyd edib ki, Çinə səfəri çərçivəsində Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə səmərəli ikitərəfli görüş keçirib.

"Görüş zamanı hərtərəfli strateji tərəfdaşlığımızın irəlilədilməsi, siyasi dialoqun dərinləşdirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apardıq.

Azərbaycan qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir", - paylaşımda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
6
sia.az

7Mənbələr