AZ

Misir ABŞ və İranı diplomatik həll yoluna çağırıb

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Misirin xarici işlər naziri Bədr Əbdülati ABŞ və İran nümayəndələri ilə danışıqlar zamanı hər iki tərəfi gərginliyi azaltmağa və Yaxın Şərqdə sabitliyi qorumaq üçün diplomatiyaya üstünlük verməyə çağırıb.

525.az xəvər verir ki, bu barədə "Egypt Today" nəşri məlumat yayıb.

Qeyd olunub ki, Bədr Əbdüləti iranlı həmkarı Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla telefon danışıqları zamanı gərginliyi azaltmaq və sakit atmosferə nail olmaq üçün daha çox səy göstərməyin vacibliyini vurğulayıb. 

Misirli nazir diplomatiyaya riayət etməyin və Vaşinqtonla Tehran arasında İranın nüvə məsələsini həll edəcək dialoqun bərpasına yol açmağın əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, potensial ABŞ-İran nüvə sazişi bütün tərəflərin maraqlarını nəzərə almalı və həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyi təşviq etməlidir.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
525.az

1Mənbələr