AZ

Levon Ter-Petrosyan seçkilərdə Karapetyanı dəstəkləyəcək

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan Milli Konqres Parsiyası iyun ayında keçiriləcək parlament seçkilərində rusiyalı milyarder Samvel Karapetyanı dəstəkləyə bilər. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan Milli Konqres Partiyasından baş nazir postuna namizəd Levon Zurabyan açıqlama verib. 

Hansı namizədi məqbul hesab etdiyinə dair suala cavabında Zurabyan bildirib ki, iddiaçılar arasında favorit var və bu güc Samvel Karapetyandır. 

“Əlbəttə ki, biz onlarla danışıqlar aparırıq, indi onların ciddi milli birlik yaratmaq imkanı var. Qızıl saatlarını əldə edib-etməmələri onlardan asılıdır, bizim tərəfimizdən isə vahid bir komanda yaratmaq istəyi var”.

Zurabyanın sözlərinə görə, Paşinyana qarşı mübarizə konsolidasiya baş verərsə, daha təsirli olacaq. Amma bu baş verməzsə, ümidsizliyə qapılmağa və “oyun”u artıq uduzmuş hesab etməyə ehtiyac yoxdur.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr