Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
NASA Ceyms Uebb Kosmik Teleskopunun (JWST) yeni görüntülərini yayımlayıb ki, bunlar Günəş sistemimizin gələcək taleyi barədə təsəvvür yaradır. Alimlərin hesablamalarına görə, təxminən beş milyard il sonra Günəş qırmızı nəhəng mərhələsinə qədər genişlənəcək və bu, Yerin məhv olmasına səbəb olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Astronomların izahına görə, həyatının son fazasında Günəş ya Yeri udacaq, ya da güclü qravitasiya qüvvələri ilə parçalayacaq, nəticədə qaz və toz buludu qalacaq – bu material yeni planetlərin formalaşması üçün istifadə olunacaq.
JWST-nin görüntülərində Yerə təxminən 650 işıq ili məsafədə yerləşən Heliks buludu təsvir olunub. Bu, Günəşə bənzər bir ulduzun qalıqlarıdır; həmin ulduz minlərlə il əvvəl yanacaq ehtiyatını tükədib. NASA-nın məlumatına görə, bu görüntülər "Günəşimiz və onun planet sistemi üçün mümkün taleyi” yaxından göstərir.
Qaz halqasının içində, eni təxminən üç işıq ili olan bölgədə astronomlar ulduzun məhvi nəticəsində yaranmış mürəkkəb strukturları qeydə alıblar. Buludun mərkəzindəki ağ cırtdan ulduzun intensiv şüalanması bu buludları işıqlandırır və ulduz transformasiyası prosesini izləməyə imkan verir.
Milyardlarla il ərzində Günəş kimi ulduzlar sabit fazada qalır və nüvədə hidrogen yandırır. Hidrogen tükəndikdə ulduz çökməyə başlayır və heliumdan karbon sintezi reaksiyaları işə düşür.
Bu, ulduzun xarici qatlarının kəskin genişlənməsinə səbəb olur – ulduz qırmızı nəhəngə çevrilir və ölçüsünü yüzlərlə dəfə artırır. Nəticədə nüvə ağ cırtdana çevrilir, qabıq isə ayrılaraq planetar bulud əmələ gətirir.
Elə bu mərhələni alimlərin proqnozuna görə, Günəşimiz də yaşayacaq.
Tədqiqatlar göstərir ki, Yerin orbitinə yaxın böyük planetlər qırmızı nəhənglərin yanında demək olar ki, sağ qala bilmirlər. Günəş genişlədikcə Yer ya ekstreml istilik səbəbindən buxarlanacaq, ya da qravitasiya qüvvələri ilə parçalanacaq.
Eyni zamanda astronomlar bildirirlər ki, bu proses yalnız məhv etməklə bağlı deyil. London Universitet Kollecinin professoru Canet Druya görə, ulduz qabığından gələn kimyəvi elementlərlə zəngin qaz və toz ulduzlararası mühitə qarışır.
Məhz bu materialdan yeni ulduzlar və planetlər, o cümlədən mürəkkəb həyatı dəstəkləyə biləcək planetlər formalaşa bilər.
"Bu, daş planetlərin və karbon əsaslı həyatın formalaşması üçün lazım olan materialın haradan gəldiyini izah edir", deyə Druya bildirir.
Beləliklə, Yer Günəşin son mərhələsi ilə birlikdə məhv olsa da, onun maddəsi qalaktikada növbəti nəsil dünyaların bir hissəsinə çevrilə bilər.
Aydın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.