AZ

Bakı-Xırdalan qatarlarının hərəkətində problem yaranıb

Bakıdan Xırdalan istiqamətində gedən qatarların hərəkətində gecikmə var. Artıq 25 dəqiqədir ki, qatarların hərəkətində gecikmə müşahidə olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Biləcəri stansiyasında elektrik xəttində gərginlik olmadığı üçün bu istiqamətdə qatarların hərəkətində qısamüddətli gecikmələr yaranıb:

"Texniki nasazlıq qısa müddət sonra aradan qaldırılıb. Saat 18:29-a olan Bakı-Xırdalan reysi ləğv edilib".

Seçilən
0
1
far.az

2Mənbələr